"Bu, dünya əhəmiyyətli bir tədbirdir. Biz çox şadıq ki, üçüncü dəfə Formula 1 Bakıda keçirilir".

Unikal.org-un məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin əsas mərhələsi keçirilən zaman "Fox Sport televiziya kanalına müsahibəsində söyləyib.

"Hamı yarışdan həzz alır. Əminəm ki, qonaqlar da həzz alır, onlar burada bizimlədirlər. Onlar Azərbaycan xalqının qonaqpərvərliyini görürlər. Qonaqlar şəhərimizin necə də gözəl olduğunu görürlər və bu, möhtəşəm bir tədbirdir. Biz çox şadıq, deyə dövlət başçısı qeyd edib.