"Mançester Yunaytedin baş məşqçisi Joze Mourinyo "Arsenalla oyundan (2:1) sonra keçirilən mətbuat konfransında Maruan Fellayni barədə danışıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Fellayni komandasının qələbə qolunu vurub. Mourinyo belçikalı futbolçunun MY ilə yeni müqavilə bağlayacağına inandığını bildirib:

"Mənə elə gəlir ki, futbolçu qol vurduqdan sonra klubun emblemini nümayiş etdirirsə, deməli, o, komandada qalmaq istəyir. Mən istəyirəm ki, Fellayni qalsın. Klub da bunu istəyir.

Ümid edirəm ki, Fellayni karyerasını MY-də davam etdirəcək. Həmişə çalışırıq ki, komandanı daha da gücləndirək. Ancaq indiyə qədər Fellaynini kiminlə əvəz edəcəyim barədə qətiyyən düşünməmişəm. Çünki onun qalacağına inanıram".