"Aqrolizinqdə əsaslı dəyişiliklər aparılıb".

Unikal.org xəbər verir ki, bunu Qax rayonunda jurnalistlərə açıqlaması zamanı Kənd Təsərrüfatı naziri İnam Kərimov deyib. 

O bildirib ki, "Aqrolizinq" ASC yeni yanaşma prinsipi əsasında fəaliyyət göstərəcək: 

"Aqrolizinq çərçivəsində düzgün idarəçiliyin bütün prinsipləri-şəffaflıq, səmərələlilik tam tətbiq ediləcəkdir. "Aqrolizinq" ASC Kənd Təsərrüfatı Nazirliyinin digər strukturları kimi öz işini fermer və kəndlinin yanında olması prinsipi əsasında quracaq".(report)