Müğənni Kristina Aqilera 6 ildən sonra ilk dəfə yeni klipini təqdim edib.

Unikal.org bildirir ki, ifaçının "Accelerate" ("Sürətləndir") adlı mahnısına çəkdirdiyi ekran işi maraqla qarşılanıb.

Belə ki, klipdə Kristina müxtəlif obrazlarda tamaşaçı qarşısına çıxıb. Onun bəzi səhnələrdə əynində libas olsa da, bəzisində çılpaq olub, bəzi məqamlarda quru, bəzilərində islanmış, bəzilərində makiyajlı, bəzilərində isə makiyajsız görüntülənib.

Qeyd edək ki, klip bir günə 1 milyondan çox baxış toplayıb.