Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII tura start verilib.

Unika.org-un məlumatına görə, turun ilk oyununda "Keşlə" doğma meydanda "Qarabağ"la üz-üzə gəlib.

Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi başa çatıb. Görüşdə hesab erkən açılıb. 4-cü dəqiqədə paytaxt təmsilçisinin legioneri Andre Klenon komandasını hesabda önə çıxarıb. Bu qoldan 4 dəqiqə sonra Pərdis Fərcad-Azad fərqi 2 topa çatdırıb. Görüşdə son nöqtəni isə Slavik Alxasov qoyub. Müdafiəçi 16-cı dəqiqədə fərqlənməklə qələbədə pay sahibi olub.

Bu nəticədən sonra xallarının sayını 28-ə çatdıran "Keşlə" 6-cı yerdəki mövqeyini daha da yaxşılaşdırıb. "Qarabağ isə 62 xalla birinci yerdədir.

Qeyd edək ki, 27-ci tura bu gün keçiriləcək digər 3 qarşılaşma ilə yekun vurulacaq. "Neftçi" "Səbail"i, "Zirə" "Kəpəz"i, "Sumqayıt" isə "Qəbələni qəbul edəcək.

17:00. "Keşlə" - "Qarabağ" - 3:0

Qol: Andre Klennon, 4. Pərdis Fərcad-Azad, 8. Slavik Alxasov, 16

Hakimlər: Rəşad Əhmədov, Mehman Mahmudov, Namiq Hüseynov, Rəhim Həsənov

AFFA nümayəndəsi: Abas Hüseynov

Hakim-inspektor: Xaqani Məmmədov

Bakı. "İnter Arena

İlk üç dövrə - 0:1, 0:2, 1:1