Xəbər verdiyimiz kimi, dünən dünyanın ən yaşlı adamı — 117 yaşlı amerikalı qadın Suzanna Muşatt Cons ağır xəstəlikdən sonra vəfat edib. Bu gündən etibarən həmin "titul" italiyalı Emma Morano-Martinussiyə (şəkildə) keçib. Onun 116 yaşı var.
Unikal.org ABC-yə istinadən xəbər verir ki, digər 116 yaşlı qadın — yamaykalı Violet Braun 1900-cü ildə anadan olsa da, italiyalı yaşıdına ay nisbətində «uduzur».
Dünyanın ən yaşlı adamlarının siyahısında üçüncü yeri yaponiyalı qadın Nabi Tajima tutur.