"Mançester Siti qapıçısı Ederson Moraeslə yeni müqavilə bağlayıb.

Unikal.org xəbər verir ki, bu barədə məlumatı "şəhərlilərin mətbuat xidməti yayıb. Mançester təmsilçisi 24 yaşlı qolkiperlə 2022-ci ildə bitəcək müqavilə müddətini 2025-ci ilədək uzadıb.

Ederson MS-yə ötən ilin yayında "Benfikadan 40 milyon avroya transfer olunub. Braziliyalı qapıçı cari mövsümdə şans qazandığı 45 matçda 36 qol buraxıb, 21 qarşılaşmada qapısının toxunulmazlığını qoruyub saxlayıb.