Almaniyada ilin əvvəlindən 45 qaçqınların qəbulu mərkəzi yandırılıb.
 
Bu barədə Almaniyanın Federal Cinayət Polisi İdarəsinin rəisi Holqer Münh bildirib.

Onun sözlərinə görə, cinayətlərin əksəriyyətini adıçəkilən mərkəzlərin yaxınlığında yaşayan sakinlər törədib.  "Bu hücumların arxasında hər hansı radikal təşkilatın dayanmasına dair faktlar mövcud deyil. Lakin biz belə halların gələcəkdə baş verə biləcəyini nəzərə alaraq mümkün təhlükələrə tam ciddi şəkildə yanaşırıq", deyə H.Münh vurğulayıb.
 
"Frontex" sərhəd agentliyinin hesablamalarına əsasən, 2015-ci ildə Avropa İttifaqına üzv ölkələrə 1 milyon 800 min qaçqın gəlib. Almaniya DİN-n məlumatına görə isə ötən il ölkədə Yaxın Şərq və Şimali Afrikadan 1 milyondan çox insan sığınacaq tapıb. (APA)