Argentina futbolunun əfsanəsi Dieqo Maradona məşqçilik karyerasını Belarusda davam etdirə bilər.

Unikal.org xarici mətbuata isitinadən xəbər verir ki, Maradona ilə Brestin "Dinamo klubu maraqlanır. Dieqonun agenti Stefano Sesi brestlilərlə danışıq apardıqlarını təsdiqləyib.

O bildirib ki, sabah Maradonanın vəkili ilə birgə Dubayda "Dinamonun nümayəndələri ilə görüşəcəklər.

Maradona son olaraq Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Fujairah komandasını çalışdırırdı.

"Dinamo 7 oyundan sonra 9 xal toplayaraq, Belarus çempionatında 7-ci pillədə qərarlaşıb.