Mingəçevirdə yanğın hadisəsi qeydə alınıb.
 
Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Mingəçevir şəhərində çoxmərtəbəli yaşayış binasına bitişik tikilmiş hal-hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 200 kv.m olan inzibati binanın damına yığılmış taxta və məişət tullantıları 11 kv.m sahədə yanıb.

Binanın dam örtüyü yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.