Dünya çempionatında iştirak edəcək Polşa millisinin 35 nəfərlik ilkin heyəti açıqlanıb.

Unikal.org xəbər verir ki, millinin çalışdırıcısı Adam Navalka bu siyahıdan 12 nəfərin adını çıxaracaq və 23 nəfərlik heyəti müəyyən edəcək.

61 yaşlı mütəxəssis ilkin siyahıya "Qarabağ"ın polşalı müdafiəçisi Yakub Jezniçakın adını salmayıb. Bu isə o deməkdi ki, 31 yaşlı futbolçu dünya çempionatında iştirak etməyəcək.

Jezniçak 2008-2014-cü illərdə Polşa yığmasının heyətində 9 oyuna çıxıb.

Polşa yığması Rusiyada 14 iyun-15 iyul tarixində keçiriləcək mundialda Seneqal, Yaponiya və Kolumbiya ilə H qrupunda mübarizə aparacaq.