Fransanın PSJ komandasının yeni baş məşqçisi müəyyənləşib.

Unikal.org-un klubun saytına istinadən verdiyi məlumata görə, Tomas Tuxel Paris təmsilçisinin yeni baş məşqçisi olub.

Komanda 45 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalayıb. Almaniyalı məşqçi bu postda ispaniyalı Unay Emerini əvəzləyib.

Qeyd edək ki, Tomas Tuxel Almaniyanın "Maynts və "Borussiya"(Dortmund) komandalarında baş məşqçi vəzifəsində çalışıb.