Bu gün AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib. İclasda 2018-2019-cu il mövsümündə UEFA-nın klub turnirlərində iştirak etmək üçün müraciət etmiş "Keşlənin sənədlərinə baxılıb.

Unikal.org xəbər verir ki, AFFA "Keşləyə istisna yanaşmanın tətbiq olunması ilə bağlı UEFA-ya müraciət etmişdi. Avropanın ali futbol qurumu müraciətin baxılması üçün prosesə başlayaraq həm AFFA, həm də "Keşlə tərəfindən müvafiq sənədlərin toplanmasını və vaxtında təqdim olunmasını tələb etmişdi. Tələb olunmuş bütün sənədlər UEFA-ya qaydasında və vaxtında təqdim olunub və qurum müraciəti müsbət cavablandırıb. Bu qərara əsasən, "Keşlə 2018-19-cu il mövsümündə UEFA lisenziyasını almaq hüququna yiyələnib.

AFFA-nın Lisenziya Komissiyası klubların lisenziyalaşdırılması üzrə qaydaların 8-ci maddəsinə əsaslanmış müzakirələrdən sonra "Keşlə"yə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya verilməsini qərara alıb.