"Feyenoordun hücumçusu Robin Van Persi karyerası ilə bağlı açıqlama verib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, hollandiyalı forvard bir müddət öncə açıqlamasında mövsümün sonunda karyerasını bitirə biləcəyinə eyham vurmuşdu. 34 yaşlı futbolçu ölkəsinin mətbuatına açıqlamasında hazırda karyerasını bitirmək barədə düşünmədiyini bildirib:

"Karyeramı bitirmək mənə bir qədər qorxunc göründü. Buna hazır deyiləm.

Qış fasiləsində "Fənərbaxçadan ayrılaraq "Feyenoordla anlaşan Van Persi, Erediviziyada mövsümün ikinci yarısında şans qazandığı 12 oyunda 5 qol vurub, 1 məhsuldar ötürməyə imza atıb.