"Barselona "Trabzonsporun gənc futbolçusu Abdulkadir Ömürün xidmətində maraqlıdı.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Xəbərdə katalonların 18 yaşlı futbolçunu yayda heyətinə cəlb etmək istədiyi qeyd edilib. Qaradəniz təmsilçisinin Ömürə 30 milyon avro qiymət qoyduğu, "Barsanın rəsmi təkliflə müraciət edəcəyi təqdirdə, bu rəqəmi bir az daha qaldıra biləcəyi vurğulanıb.

Abdulkadir "Trabzonsporun yetirməsidi. Futbolçu cəmi 16 yaşında əsas komandaya cəlb edilib. Yarmmüdafiəçi Super Liqanın cari mövsümündə meydana çıxdığı 28 oyunda 3 qola imza atıb.

Futbolçuya istedadına görə Türkiyədə "Messi ləqəbi verilib.