Ötən axşam Qarabağın şimal istiqamətində yerləşən Talış kəndi ətrafında bir erməni hərbçi yaralanıb.
Xatırladaq ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində gecə boyunca iriçaplı pulemyotlardan və 60, 82 və 120 millimetrlik minaatanlardan da istifadə edərək, növbəti təxribata əl atıblar. Ordumuz düşmənə cavab zərbələri endirib.
Unikal.org modern.az-a istinadən bildirir ki, 1995-ci il təvəllüdlü Ovannes Eduardoviç Poqosyan ağır vəziyyətdə Ağdərəyə, oradan isə Xankəndindəki hərbi hospitala aparılıb.