Azərbaycan prezidenti İlham Əliyev bu gün Bakı Ekspo Mərkəzində 24-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi (WorldFood Azerbaijan 2018) və 12-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (Caspian Agro 2018) sərgiləri ilə tanış olub.

Unikal.org-un məlumatına görə, kənd təsərrüfatı naziri İnam Kərimov dövlət başçısına sərgilərlə bağlı məlumat verib.

Prezident İlham Əliyev sərgilərdə nümayiş olunan stendlərə baxıb.