Azərbaycan Prezidenti İlham Əliyev Paraqvayın prezidenti Horasio Kartesə təbrik məktubu ünvanlayıb.
Unikal.org-un məlumatına görə, təbrik məktubunda deyilir:
"Paraqvay Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Paraqvay xalqına sülh və rifah diləyirəm".