11 Dekabr 2018
Serbiya prezidentinin Azərbaycana rəsmi səfəri başa çatdı
SİYASƏT 2018-05-22 15:58:23
  • A

Serbiya prezidenti Aleksandr Vuçiçin Azərbaycana rəsmi səfəri başa çatıb.

Unikal.org-un məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

A. Vuçiçi hava limanında Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər yola salıblar.