İspaniyanın "Barselona" klubu tarixində 24-cü dəfə İspaniya çempionu olub. Unikal.org-un məlumatına görə, Kataloniya təmsilçisi buna La Liqanın son turunda nail olub. 
Səfərdə "Qranada" ilə qarşılaşan "Barsa" 3:0 hesablı qələbə qazanıb. Hər 3 qolun müəllifi Luis Suares olub. Uruqvaylı hücumçu 22-ci, 38-ci və 86-cı dəqiqələrdə fərqlənərək, aktivindəki qolların sayını 40-a çatdırıb və La Liqanın ən yaxşı bombardiri sayılıb.