Yaşadığı problemlərə görə psixoloji sarsıntı keçirən qadın əlinə bıçaq götürərək 8 yaşlı qızını bıçaqlayıb, 5 yaşlı qızını da boğaraq öldürüb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Ankara şəhərində dəliliyi tutan Lütfiye Alver hadisədən sonra polisə zəng edərək cinayət törətdiyini bildirdi və cəsədlərin yanında polisin gəlməyini gözləyib.Hadisə yerinə gələn polislər qorxulu mənzərə ilə qarşılaşıblar.Lütviye Alver həbs olunub. Bir alış-veriş mərkəzində mühafizəçi işləyən qadının həyat yoldaşı hadisəni eşidərkən şoka düşüb.Evə gələn ata övladlarının cəsədlərinə sarılaraq ağlamağa başlayıb.Qətlə yetirilən uşaqların atası Zəkəriyyə Alver hadisə olarkən işdə növbətçi olub.Hadisə yerini müayinə edən polislər cəsədləri morqa təhvil veriblər.