Tovuz Gömrük İdarəsinin əməkdaşları aksiz markasız araqların realizə edilməsinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən unikal.org-a verilən məlumata görə, idarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, Bakı şəhəri istiqamətində hərəkət edən "Setra S215HD" markalı sərnişin avtobusu Tovuz rayonunun avtovağzal ərazisində saxlanılıb. Avtobusun yük yerinə baxış zamanı oradakı üç karton qutuda Azərbaycanın aksiz markasıyla markalanmayan araqların olduğu müəyyən edilib.

Daha sonra avtobusa Tovuz Gömrük İdarəsinin inzibatı binasının həyətində təkrar baxış keçirilib. Nəticədə, karton qutularda "Nemiroff" adlı 1 litrlik ölçüdə 48 ədəd araq aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.