Hollivudun ulduz ailəsi 10 il evlilikdən sonra dağıldı. Unikal.org ANS PRESS-ə istinadən məlumat verir ki, şotland aktyor Ceyms MakEvoy və onun xanımı, tanınmış aktrisa Enn-Mari Daff boşanıblar. Bu barədə hər iki tərəf məlumat yayıb.
"Çox böyük kədər hissi ilə boşanmaq qərarına gəldik. Həyatımızın yeni mərhələsinə qədəm qoyuruq. Dostluq münasibətlərini, bir-birimizə qarşı hörməti və oğlumuzla bağlı məsuliyyət hissini qoruyub saxlayırıq. Çox xahiş edirik, qərarımız anlayışla qəbul olunsun", - deyə 9 illik nikahın başa çatması ilə bağlı sabiq cütlüyün açıqlamasında deyilir.  37 yaşlı aktyor və 45 yaşlı aktrisa "Shameless" (Utanmazlar)  komediyasının çəkilişlərində tanış olmuşdular.
"X-Men" filmindən sonra məşhurlaşmış Ceymslə tragik aktrisa kimi tanınan Enn-Marinin 6 yaşlı Brendan adlı oğulları var. Şotland aktyor yeniyetməlik dövründən aktyorluğa başlayıb. 
Ceyms 1995-ci ildə "Yaxın Otaq" ("The Near Room") filmi ilə debüt edib. 2000-ci illərə qədər bir çox televiziya çıxışları ilə yadda qalıb. Onun görkəmli televiziya işlərinə "Böyük Oyun", "Utanmazlar" və "Qum təpəsinin uşaqları" kimi seriallar daxildir. Ekran fəaliyyətindən başqa MakEvoy 2009-cu ildə "Yağışlı Üç Gün" ("Three Days of Rain") ilə səhnəyə çıxıb.