"Realın futbolçusu İsko "Mançester Sitinin maraq dairəsinə düşüb.

Unikal.org xarici mətxəbər verir ki, "Mançester Sitinin baş məşqçisi Xosep Qvardiola hesab edir ki, İsko Çempionlar Liqası üçün komandanı xeyli gücləndirə bilər. Məlumata görə, həmyerlisi Qvardiolanın əsas transfer hədəfidi.

"Şəhərlilər hesab edirlər ki, İskonun transferini 80 milyon avroya reallaşdıra biləcəklər.

Onu da qeyd edək ki, futbolçunun müqaviləsində onun buraxılış kompensasiyası 700 milyon avro göstərilib.

Məlumata görə, "Realda mütəmadi oynamaq şansı olmayan İsko İngiltərə klubuna keçməyin əleyhinə deyil.