20 İyun 2019
Statistika İdarəsinə yeni rəis TƏYİN EDİLDİ
Statistika İdarəsinə yeni rəis  TƏYİN EDİLDİ CƏMİYYƏT 17:52 2018-05-25

Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinin rəisi dəyişib.

Unikal.org report-a istinadən xəbər verir ki, indiyə qədər idarənin rəis olan Heydər Qafarov rəis müavini vəzifəsinə keçirilib, onun yerinə Komitənin aparat rəhbərinin müavini Xosrov Əbdürrəhmanov gətirilib.

Aparat rəhbərinin müavini vəzifəsi isə Zaur Əliyevə həvalə edilib. O, bundan əvvəl Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəis müavini olub.