İmişli rayonunda bədbəxt hadisə baş verib.

Unikal.org-un apa-ya istinadən xəbərinə görə, rayon sakini, 1993-cü il təvəllüdlü Mahmudov Fəqan Güləhməd oğlu trayleri təmir edən zaman maşının detalı açılaraq ona dəyib.

F. Mahmudov aldığı xəsarət nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.