24 May 2019
Prado 14 yaşlı məktəblini ÖLDÜRDÜ
Prado 14 yaşlı məktəblini  ÖLDÜRDÜ HADİSƏ 20:42 2018-05-25

Sabirabad rayonunda mayın 16-da avtomobillə vurularaq ağır xəsarət alan 14 yaşlı məktəbli xəstəxanada ölüb.

Unikal.org-un apa-ya istinadən məlumatına görə, Sabirabad rayon sakini, 2004-cü il təvəllüdlü Məmmədov Elman Rəşad oğlu Bakıdakı xəstəxanalardan birində vəfat edib.

Elman Məmmədovu oxuduğu məktəbin qarşısında "Prado markalı avtomobil vurub. Ağır kəllə-beyin travması və bud sümüyünün açıq sınığı xəsarəti alan məktəbli Sabirabad rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Yeniyetmə sonradan Bakıdakı xəstəxanalardan birinə göndərilib.