Xəbər verdiyimiz kimi, Ukraynanın paytaxtı Kiyevdə Madrid "Realının, "Liverpulun, Çempionlar Liqasının əfsanələrindən ibarət komandalar, o cümlədən Andrey Şevçenkonun dostlarından qurulmuş kollektiv mini yarışda güclərini sınayıblar.

Unikal.org-un verdiyi xəbərə görə, yarımfinalda Şevçenkonun dostları Çempionlar Liqasının əfsanələrini 5:1, "Realın əfsanələri isə "Liverpulun əfsanələrini 9:3 məğlub edib.

Finalda "Realla Şevçenkonun dostları yarışıb. Görüş heç-heçə başa çatıb - 3:3. Qolları ukraynalılardan Oleq Lujnı, Andrey Voronin, Sergey Rebrov, "Realın əfsanələrindən isə Esteban Kambiasso, Alvaro Arbeloa və Davor Şuker vurub.(oxu.az)