Göygöl rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən məlumatına görə, "KamAZ" markalı yük avtomobilinin Dozular kəndində dərəyə aşması nəticəsində hadisə yerində bir nəfər ölüb, iki nəfər xəsarət alıb. Xəsarət alan şəxslərdən Gəncə sakini, 1983-cü il təvəllüdlü Eldar Fərzəliyev xəstəxanaya aparılarkən yolda keçinib. Digər xəsarət almış şəxs xəstəxanaya çatdırılıb, vəziyyəti normaldır.

Faktla bağlı araşdırma aparılır.