Gədəbəydə bıçaqlanma  hadisəsi olub.

Unikal.org APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Böyük Qaramurad kəndində baş verib.

Kənd sakini, 1984-cü il təvəllüdlü Quliyev Elşad İsa oğlu bıçaqlanaraq yolun kənarında uzanmış vəziyyətdə aşkarlanıb. O əvvəlcə Gədəbəy rayon Mərkəzi xəstəxanaya, oradan isə Gəncədə olan tibb ocaqlarının birinə aparılsa da o,  xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.Gədəbəydə qətl törədən gənc saxlanılıb.Hadisəni törətməkdə şübhəli bilinən rayonun Kiçik Qaramurad kənd sakini, 1997-ci il təvəllüdlü Məmmədəli Şakir oğlu Cəfərli tutulub.Onun hadisəni sərxoş vəziyyətdə törətdiyi bildirilir.