"Azərbaycan OPEC-ə təbii ki, ən erkən müddətdə qoşulub və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək neft bazarında olan proseslərin stabilləşməsində mühüm rol oynayıb.

Unikal.org-un məlumatına görə, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov bu gün Bakıda keçirilən "Xəzər Neft və Qaz-2018 25-ci Yubiley Beynəlxalq konfransında çıxışı zamanı bildirib.

"Mən inanıram ki, gözlənilən dəyişikliklərə, bazardakı satışlara baxmayaraq, neftə olan tələbatda dəyişikliklər bizim əməkdaşlığı mühüm səviyyəyə çatdırıb. "OPEC+ formatındakı əməkdaşlıq yeni vəziyyətin tənzimlənməsi üçün də əhəmiyyətlidir. Başqa bir mühüm məsələ, bazara təsir edən rəqabətədavamlı mühit, yeni texnologiyalar, enerji hasilatı və istehlakındakı təsirdir. Uzun müddət bu texnologiyaların enerji balansı və bütün neft bazarındakı konfiqurasiya dəyişikliyinə kifayət qədər qüdrəti çatacaq, - deyə P. Şahbazov vurğulayıb.

"Cari neft qiymətlərindəki dəyişiklik oxşar tarixi analogiyalarla üst-üstə düşür.

"Bildiyiniz kimi neft qiyməti müxtəlif geosiyasi reallıqlara və çevrəyə müəyyən təsir effekti törədir. Cari geosiyasi tendensiyalar və verilən müəyyən siyasi qərarlar, eləcə də dünyanın məhz neft sənayesinin mühüm çəkisi olan ölkələrində müxtəlif münaqişə və rəqabət də neftin qiymətinin 80 dollaradək artmasına rəvac verib. Buna baxmayaraq vəziyyət tam dayanıqlı deyil. Neft hasil edən ölkə ixracatçılara kifayət qədər cəlbedici olsa da, məhz bu, qlobal iqtisadi indikatorlarla müəyyənləşir. Artıq ABŞ-ın, Avropanın artan, Çinin böyüyən iqtisadiyyatı, təbii ki, artan səviyyədə neft istehlakçıları tələbatlarını artırmaqdadır. Bununla belə neft qiymətlərinə təsir edən bu göstəricilər tədricən baş verməkdədir, - deyə P. Şahbazov vurğulayıb.