25 Avqust 2019
24 Avqust 2019
Nazir Əbülfəs Qarayevlə məsləhətləşib, federasiyalar yaratdım - Azər Həsənsoy (MÜSAHİBƏ)
Nazir Əbülfəs Qarayevlə məsləhətləşib, federasiyalar yaratdım - Azər Həsənsoy (MÜSAHİBƏ) MÜSAHİBƏ 17:44 2018-05-30

Azərbaycan Uşu Federasiyasının, Azərbaycan Muaytay-Tayboks Federasiyasının Prezidenti,  Əməkdar məşqçi, Əməkdar İdman Xadimi Azər Həsənsoy Unikal.org-a müsahibə verib:

- Bu gün gördüyün işlərin arxasında sənədlər, faktlar olmalıdır. Sizə bir misal çəkim. Tutaq ki, mən Azərbaycanda ən güclü xəncər, qılınc düzəldənəm. Əl işlərim bütün dünyada tanınır. Sizin ilk olaraq deyərsiniz ki bir "məhsulunuzu göstərin baxaq. 

Həmçinin Sizə deyilsə ki, kikboksu Azərbaycanda Azər Həsənsoy və ya başqa bir nəfər yaradıb. Siz də "hansı idmançıları yetişdirmisiniz? İlk dəfə olaraq hansı yarışda olumusunuz? tipli suallar verə bilərsiniz.

Normal adam 30 növdən dünya çempionuyam deməz. Olmayan "dandan (dərəcələrdən) danışmaz-¦

Onu deyim ki, nə Uşu, nə muay-Tay, nə də kikboksda "dan deyə idman dərəcəsi yoxdur Bu dərəcələr uşuda "duan, Muay-Tayda "xan adlanır...

Ümumiyyətlə mən kiminsə haqqında deyil, ancaq özüm və gördüyümüz işlər barədə danışmaq istəyirəm.

1989-cu ildə ilk dəfə Dağıstanda seminara mən və bir neçə karateçi yoldaşım qatılmışdıq.

(Şəkili təqdim edir: Azərbaycandan Azər Həsənsoy və Ceyhun Dadaşov var)

Bu seminarı bitirdikdən sonra Azərbaycanda ilk Uşu üzrə rəsmi təlimatçı məşqçi, bu kursun nəticəsində isə Dağıstan Pedoqoji İnsitutunun diplomunu verdilər.

1989-cu ilin avqustunda SSRİ də yeganə olan Savalan Mədəniyyət və İdman Mərkəzini təsis etdim (bir neçə idman yoldaşımla). Elə burada da mən və Ceyhun Dadaşov ilk Uşu bölmələrini yaratdıq. Uşu üzrə Dünyada bir federasiya var və Azərbaycanda da onun bir nümayəndəsi olan Azərbaycan uşu federasiyasıdır. Yəni ölkəmizi uşu üzrə beynəlxalq aləmdə Azərbaycan Uşu Federasiyası təmsil edir. İndiyə qədər uşunun sanda növündə bir, taolu növündə isə 2 Dünya çempionumuz var. 1999-cu ildə Canpolad Budaqov uşu -sanda üzrə dünya çempionu olub.

- Ceyhun Dadaşov hazırda idmandadır?

- Özü idmanla məşqul olmur, amma bizim federasiyanın idarə heyətinin üzvüdür. Ancaq özü üçün idmanla məşğul olur.

İlk dəfə olaraq SSRİ Kubokunda Almata şəhərində biz - mən, tələbələrim Canpolad Budaqov və Bəxtiyar Bayramov iştirak etmişik. Onlar Uşu üzrə Azərbaycanı ilk təmsil edənlərdir. İlk dəfə çıxış etməyimizə baxmayaraq Canpolad Budaqov burada qızıl medal qazandı. Bu Azərbaycanın döyüş növləri arasında ilk qızıl medalı idi. Buna kimi döyüş növlərində qzıl medal olmayıb.

Ona qədər biz karate ilə məşğul olmuşuq. Karate üzrə SSRİ-də 3-cü yer tutumuşuq. 1988-ci ildən Uşu gimnastikası adı altında bölmələrə fəaliyyət göstərməsi üçün icazə verilib.

- Bəs, Azərbaycanda rəsmi olaraq ilk Federasiya necə yarandı?

- 1991-c ildə müstəqillik qazandıqdan sonra Azərbaycanda ilk federsiya olan Azərbaycan Şərq Döyüş Sənəti Federasiyasını mən yaratdım.

Yeni yaradılanda adı Bozqurd Azərbaycan Şərq Döyüş Sənəti Federasiyası idi. Sonradan "Bozqurd adlı siyasi təşkilat yarandı. Onlara qarışmasın, adlar üst-üstə düşməsin deyə bozqurd sözünü federasiyanın adının qarşısından çıxardıq.

Rəsmi olaraq dəyişilməyib, sadəcə olaraq heç bir yerdə bozqurd sözü yazılmır. Biz idman təşkilatı idik, o siyasi təşkilata aidiyyatımız yox idi. 1994-cü ilə qədər Azərbaycan bu federasiyada kikboks, uşu və Vietnam növlərində təmsil edilirdi.

Bu növlərin də hamısı "Savalan Mədəniyyət və İdman Mərkəzində cəmləşmişdi.

- Sənədlərin saxtalaşdırıldığı iddia edilir...

- Ümumiyyətlə, "Savalan Mədəniyyət və İdman Mərkəzinin, Şərq Döyüş Sənəti Federasiyasının, Azərbaycan Taekvondo Federasiyasının, Uşu və Kikboks Federasiyalarının o cümlədən, Azərbaycan Şərq Döyüş Federasiyaları Assosiasiyasının nizamnaməsini, təsis sənədlərini mən yazıb, hazırlamışam və dövlət qeydiyyatından keçirmişəm.

O Assosiyasiya haqqında verilən əmr də məndədir. Assosiasiyanın təsisçiləri arasında Azərbaycan Kikboks Muay-Tay Federasiyası, Uşu, Taekvondo Federasiyaları, Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi var. Bunu da mən keçmiş idman naziri Əbülfəs Qarayevlə məsləhətləşəndən sonra yaratmışam.

- Olimpiya növü olan taekvondonu?

- Bəli... Mən təsis etdim, nizamnaməsini dövlət qeydiyyatına aldırdım. İlk öncə bu federasiya İTF (Beynəlxalq Taekvondo Federasiyası) daha sonra isə WTF (Ümumdünya Taekvondo Federasiyası) növü üzrə fəaliyyət göstərməyə başladı.

Hazırda İTF (Beynəlxalq Taekvondo Federasiyası) üzrə Azərbaycan nümayəndəsi Barat Orucovdur. O da bizim Döyüş Federasiyaları Assosiasiyasının tərkibindədir. Mən də əlimdən gələn köməkliyi göstərirəm.

1992-1995 - ci illərdə hər il İstanbulda uşu üzrə seminar verərək uşunu Türkiyədə yaratmışam.

Yenə qayıdaq Kikboksa...

Azərbaycanın kikboks üzrə qatıldığı ilk beynəlxalq yarış Çelyabinsk şəhərində keçirilən Asiya Çempionatıdır. Bizə bu yarışa qatılmaq üçün dəvət gələndə, mən kikboks nədir bilmirdim.

- Bəs necə qatıldınız?

- Ümumiyyətlə, 1992-ci ilə qədər Azərbaycanda heç kimin bu növ barədə məlumatı yox idi. İlk dəfə olaraq uşu-sanda üzrə yığmamızın 4 üzvünü götürüb Asiya çempionatında iştirak etmişəm. Azərbaycanın kikboks üzrə ilk medalı Asiya Çempionatında qazanılıb. Bu bürünc medaldan bizdə 3 dənədir. Bunlardan əvvəl kiminsə nəticəsi varsa mən hər şeydən imtina edərəm.

Canpolad Budaqov, Rövşən Muxtarov və Faiq Kərimov üçüncü yeri tutdular. Yarımfinalda təcrübə öz sözünü dedi. Yəni idmançılarımızın bu idman növündən təcrübələrinin olmdığı üçün mübarizəni sona qədər davam etdirə bilmədilər. Beləliklə, bu bürünc medallar kikboks üzrə ölkəmizə gətirilən ilk medallar idi. Ölkəmizə qayıtdıqdan sonra "Savalan" Mədəniyyət-idman mərkəzində kikboksinq bölmələrini yaratdım.

Əgər Kikboks var idisə biz nə üçün Uşu-sanda komandası ilə yarışa qatılırdıq?

Biz ora düşəndə kikboks qaydalarını bilmirdik. Orada yarış öncəsi qaydalarla tanış oldum. Versiyalara görə uşaqları bölüb yarışa çıxardım.

1995-ci ildə Kikboksinq Federasiyasını rəsmi olaraq yaratdım. Bir il sonra isə adını dəyişərək Azərbaycan Kikboksinq və Muay Tay federasiyası etdim. Bundan sonra adını çəkdiyim idman növləri üzrə ölkəmizdə seminarlar təşkil etməyə başladım. Təbii ki, məqsəd bu idman növlərini ölkəmizdə inkişaf etdirmək idi.

1995-ci ildə WAKO üzrə dünya çempionatında iştirak etdik. 4 idmançı ilə yarışa qatılmışdıq. Həmin yarışda Roman Tağıyev ilk qızıl medal qazandı. Ceyhun Şadlinski isə bürünc medala sahib çıxdı. Roman Tağıyev Azərbaycanın ilk kikboks üzrə dünya çempionudur.

1996-cı ildən isə ilk Azərbaycan çempionatını keçirdik. Hər şey bundan sonra başladı. Savalan Mədəniyyət və İdman Mərkəzində bölmələr yaranandan sonra ölkəmizdə kikboksinq idman növü inkişaf etməyə başladı. Bundan sonra Ceyhun Dadaşov da məsləhət gördü ki, bizim müəllimimiz olduğu və hörmət əlaməti olaraq "Savalana onu gətirdik (söhbət Süleyman Məmmədlidən gedir). Onu "Savalana mən gətirmişəm, o dövrdə bir idarədən, digərinə köçürmək çətin idi. Köhnə karate müəlimimiz olub, hörmət əlaməti olaraq bunu etdik.

Təsis etdiyim "Savalan mədəniyyət - idman mərkəzi SSRİ-də ilk təsərrüfat hesablı klub idi. Həmin təsis sənədləri də məndədir. Savalan MİM-in ilk iclasının prototokluna da buyurub baxa bilərsiniz. Orada göstərlir ki, kimi seçiblər - Azər Həsənsoyu...

- Bəs bu qonqun oğurlanması nə məsələdir?

- Həqiqətən də bu çox gülünc və aşağılıq söhbətdir. Bu yaşda adamın elə söhbət etməsi doğrudan da acınacaqlıdır. Ağsaqqala elə söhbət yaraşmaz. onun zalında məşq etmişəm deyə ona hörmət etmişəm. Bu hörmətə görə onu Savalana daha sonra Taekvondo federasiyasına rəhbər seçdirmişəm. Amma görünür...

Məm həmişə qalmaqaldan uzaq olmağa çalışıram. Cənab prezidentin bir sözü var ki, onu həmişə rəhbər tuturam.İdman ailəsi bir ailədir.

Buna görə də sözümüz-söhbətimiz öz aramızda olmalıdır. Mən idman camiasındə çox adamla bağlı çox şey bilirəm. Bu barədə danışmağa ehtiyac da duymuram. Çünki biz şou-biznes adamı deyil, idmançıyıq.

Azər Həsənsoy rəhbərlik etdiyi federasiyaları nələrlə təmin edirsə, hamısı göz önündədir. Bu qonq 50 manatlıq bir şeydir. Mən bu gün klublarıma minlərlə manatlıq ləvəzimat verirəm. Federasiyamın ləvəzimatları ayrı-ayrı klublardadır. Yarış olanda aparıb-gətirirlər. Heç yadıma gəlmir nədən söhbət gedir. Vallah onun yerinə utanıram.

- Sizə sual verməyim istənildi. Necə dünya çempionu olmusunuz?

- Deyildiyi kimi Tailandda dünya çempionu olmamışam. Orada 6 dəfə seminar verəndən sonra "Xan dərəcəsi almışam. Hazırda 14-cü "xan dərəcəsindəyəm. Sonuncu dərəcəyə 1 addım qalıb.

2006-cı ildə II ənənəvi dünya çempionatında qızıl medal qazanmışam. Bu da medalım. Beynəlxalq təşkilatın saytında bu yarışın protokolu da var, saytı açıb baxa bilərsiniz.

- Kikboks Federasiyasını millət vəkili Adil Əliyevə necə verdiniz?

- İndi elə bir vəziyyət yaranıb ki, kimsə heç kimə havayı nəsə etmir. Bu da camaatın gözünə qeyri-adi bir şey kimi görünür.

Federasiyamızın nümayəndəsi olaraq Adil Əliyevi Kikboks Federasiyasına prezident təyin etməyim çoxlarına təəccüblü gəlir. Deyirlər ki, "necə ola bilər ki, siz heç nəsiz bu boyda federasiyanı başqa bir şəxsə bağışladınız? Hər kəs öz arşını ilə ölçür.

Heç kimin ağlına gəlmir ki, burada dostluq münasibəti də, verdiyin sözü tutmaq məsələsi də ola bilər... Söz vermişdim və ona görə də kikboksu Adil Əliyevə verdim. Fikirləşdim ki, mənim bir neçə federasiyam var. Bunlardan birini də bu federasiyanı yaxşı işlədə bilən şəxsə verim.

Düşündüm ki, indiyə qədər bizim yanımızda olan bir nəfərə bunu versəm heç də qəbahət olmaz. Bu gün də onu göstərir ki, həqiqətən federasiya etibarlı əllərdədir. Yaxşı da inkişaf edir.

Aygün İlqarqızı

  • Nazir Əbülfəs Qarayevlə məsləhətləşib, federasiyalar yaratdım - Azər Həsənsoy (MÜSAHİBƏ)