Madridin "Real klubunun forvardı Kriştianu Ronaldu səkkiz il müddətinə azadlıqdan məhrum edilə bilər.

Unikal.org  xəbər verir ki, bu haqda "Sovetskiy sport məlumat yayıb.

"AS nəşrinin informasiyasına görə, futbolçunun vəkilləri 14,7 milyon avroilə cəriməni bağlamağa çalışsalar da, İspaniyanınvergilər agentliyi güzəştə getmək niyyətində deyil.

Qurum vergidən yayınma halınagörə, portuqaliyalı ulduzun 28 milyon avro ödəməsini tələb edir. Bu məbləğ iyunun 15-ə kimi ödənilməsə, Ronaldu məhkəməyə veriləcək.

İdmançı bununla razılaşsa, iki il müddətinə şərti həbs cəzası alacaq. Əks təqdirdə isə səkkiz il müddətinə azadlıqdan məhrum ediləcək.