Argentina yığmasının hücumçusu Lionel Messi Cənubi Amerikanın milli komandalarının bombardirlər siyahısında ikinci pilləyə yüksəlib.

Unikal.org  xəbər verir ki, Leo buna Haiti ilə yoldaşlıq görüşündə nail olub. "Mavi-ağların 4:0 hesablı qələbəsinə 3 qolla töhfə verən "Barselonalı millidəki qollarının sayını 64-ə çatdırıb. O, Braziliya yığmasında 62 qol vurmuş Ronaldonu qabaqlayaraq, ikinci sıraya yüksəlib. Messi hazırda yalnız yığma karyerasında 77 qola imza atmış əfsanəvi braziliyalı Peledən geri qalır.

Cənubi Amerika millilərində ən çox qol vurmuş futbolçular:

1. Pele (Braziliya) - 77

2. Lionel Messi (Argentina) - 64

3. Ronaldo (Braziliya) - 62

4. Romario (Braziliya) - 55

5. Qabriel Batistuta (Argentina) - 54

6. Neymar (Braziliya) - 53

7. Luis Suares (Uruqvay) - 50