Azərbaycanlı K-1 döyüşçüsü Zabit Səmədov fransalı Freddi Kemayonu məğlub etdiyi üçün ona bahalı hədiyyə edilib.

Unikal.org xəbər verir ki, həmyerlimizə Əhməd Kadırov Fondu tərəfindən "Mercedes" markalı maşın bağışlayıb.

Zabit bu hədiyyəyə görə Çeçenistan lideri Ramzan Kadırova və Fonda təşəkkür edib.

Qeyd edək ki, Zabit Səmədov fransalı Freddi Kemaya ilə "King of Kings" versiyası üzrə Avropa çempionu titulu uğrunda mübarizə aparıb. Böyük mübarizəyə səhnə olan görüş mayın 30-da Moskvada, "Crocus City Hallda baş tutub.

Qarşılaşmadan Zabit Səmədov qalib ayrılıb.