2015-ci ilin əvvəlindən İraqın güc strukturları İraq-Şam İslam Dövləti (İŞİD) qruplaşmasının 3,5 min yaraqlısını, o cümlədən 232 snayperini məhv edib.
Unikal.org xarici mediaya istinadən bildirir ki, bunu İraq Müdafiə Nazirliyinin Bağdaddakı hərbi əməliyyatlar komandanlığının rəsmi nümayəndəsi Saad Maan bəyan edib.

Bu müddətdə hökumət qüvvələri İŞİD-in nəzarətindəki 318 yaşayış məntəqəsi azad edilib. Bundan əlavə, İraq ordusuna İŞİD-ə məxsus 165 ədəd pulemyot olan "CİP"ni, eləcə də 200 gizli partlayıcı maddə anbarını yerlə-yeksan etmək nəsib olub.