"CIES Football Observatory İngiltərə millisinin və Londonun "Tottenhem futbol klubunun hücumçusu Harri Keyni dünyanın ən bahalı futbolçusu elan edib.

Unikal.org xəbər verir ki, portalın analitik hesablamalarına görə, Keynin transfer qiyməti 201,2 milyon avrodur.
Dünyanın ən bahalı 100 futbolçusunun siyahısı həmin saytda dərc olunub.
Ən bahalı futbolçuların beşliyinə Keynlə yanaşı "PSJdən Neymar (195,7 milyon avro), "PSJdən Killian Mbappe (186,5 milyon avro), "Barselonadan Lionel Messi (184,2 milyon avro) və "Liverpuldan Məhəmməd Salah (171,3 milyon avro) daxil edilib.
Çempionlar Liqasının beş qat çempionu Kriştianu Ronaldunun transfer qiyməti isə 103,4 milyon avro hesablanıb və oyunçu reytinq cədvəlində 24-cü pillədə qərarlaşıb.