Bir neçə gün əvvəl Şamaxı rayonunun Pirbəhli kəndində 15 yaşlı məktəbli qızın öz müəllimindən hamilə qalması olayı ölkədə böyük əks-səda doğurmuşdu.
 
Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, hadisənin ictimailəşməsindən sonra ailəli, 2 uşaq atası olan tarix müəllimi Elnur İbrahimov işdən çıxarılıb və daha sonra polis tərəfindən saxlanılıb. Artıq E.İbrahimov barəsində Şamaxı rayon Məhkəməsi tərəfindən həbs-qətimkan tədbiri də seçilib və onun istintaq müddəti ərzində təcridxanada saxlanılmasına qərar verilib.
 
Hazırda Şamaxı rayon Polis Şöbəsində yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olan müəllim barəsində Cinayət Məcəlləsinin 152-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə başlanmış cinayət işinin istintaqı davam etdirilir.