Keçmiş futbolçu Qari Lineker "Realın kapitanı Serxio Ramos barədə şərhi ilə diqqət mərkəzinə düşüb.

Unikal.org xəbər verir ki, hazırda futbol şərhçisi kimi çalışan ingilis "tvitter hesabında Ramos barədə bunları yazıb:

"Ramos çox yaxı futbolçudu və dünyada istənilən klubda oynaya bilər, lakin şəxsiyyəti barədə eyni sözləri deyə bilmərəm.

Çempionlar Liqasının "Liverpulla final oyununda Məhəmməd Salahı zədələməkdə günahlandırılan Ramos, İspaniya mətbuatına açıqlamasında həmin epizodda misirlinin günahkar olduğunu demişdi.