Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX)  Sabunçu rayon idarəsinin Nardaran bölməsinin müasir tələblərə cavab verən yeni inzibati binası istifadəyə verilib.

Unikal.org  DTX-ya istinadən xəbər verir ki, bölmənin inzibati binasında yaradılan iş şəraiti və maddi-texniki baza müasir standartlar səviyyəsindədir.  

"Xalqımızın və dövlətçiliyimizin təhlükəsizliyinin təminatı istiqamətində qarşıya qoyulmuş vəzifələrin uğurla həyata keçirilməsi üçün butün imkanlar mövcuddur",-deyə DTX-dan bildirilib.