Rusiyanın tanınmış xalq artisti İqor Oxlupin vəfat edib

Unikal.org xarici mediaya istinadən xəbər verir ki, uzun müddətdir xəstəxanada müalicə alan aktyor bu gün dünyasını dəyişib.

Qeyd edək ki, İ.Oxlupinırdı 1938-ci ildə Moskvada anadan olub. 1960-cı ildə Şukin ali teatr məktəbini bitirib. Həmin ildə Mayakovskinin adını daşıyan teatrın truppasına daxil olub. Aktyor bu teatrda "Hamlet, "Kuraj ana və uşaqları, "Çar Edip, "Qağayı, "Ölü canlar və başqa tamaşalarda müxtəlif obrazlar yaradıb.