Ukraynanın "Eurovision-2016" təmsilçisi Camala (Susanna Camaladinova) prezident Petro Poroşenko tərəfindən mükafatlandırılıb.

Camalaya "Ukraynanın xalq artisti" titulu verilib.

"Bu, fantastik qələbədir. Sən insanların böyük əksəriyyətini xoşbəxt etdin", - deyə prezident Camalanı təltif edib. Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

P. Poroşenko Xarici İşlər Nazirliyinə Camalanın YUNİSEF-in (BMT-nin Uşaq Fondu) xoşməramlı səfiri təyin olunması ilə bağlı da tapşırıq verib.

Qeyd edək ki, Camala "1944" adlı mahnısı ilə 534 səslə "Eurovision" müsabiqəsində ilk yerdə qərarlaşıb.("Qafqazinfo" )