"Mançester Yunayteddən ayrıldıqdan sonra heç bir komandada çalışmayan Lui Van Qal futbola qayıdır.

Unikal.org xəbər verir ki, bu barədə hollandiyalı mütəxəssis özü ölkəsində qatıldığı televiziya proqramlarından birində məlumat verib. 66 yaşlı məşqçi "Çoxsaylı təkliflər alıram. Mənim özündənrazı olduğumu deyirlər. Bağışlayın, lakin bu, belədi. Bir komanda ilə razılığa gəlmişəm deyib.

Məşqçi karyerası ərzində "Ayaks, "Barselona, Hollandiya yığması, "Bavariya, "Mançester Yunayted kimi komandaları çalışdırmış Van Qalın yeni iş yerinin adı yaxın vaxtlarda açıqlanacaq.