11 Dekabr 2018
Əliyev Putinlə Moskvada görüşdü - YENİLƏNİB
SİYASƏT 2018-06-13 15:03:18
  • A

Bu gün Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşü olub.

Unikal.org Rusiya KİV-inə istinadən xəbər verir ki, görüş Kremldə keçirilib.

13:00

Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bu gün Moskvada görüşəcəklər.

Unikal.org Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, V.Putin Moskvada həmçinin digər ölkələrin, o cümlədən Ermənistan, Boliviya, Livan, Belarus və Səudiyyə Ərəbistanının liderləri ilə görüşəcək.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev iyunun 12-də Rusiyaya işgüzar səfərə gedib. O, iyunun 14-də "Lujniki" stadionunda keçiriləcək futbol üzrə dünya çempionatının təntənəli açılış mərasimində iştirak edəcək.