Ötən gün "Real"la anlaşdığı iddia edilən İspaniya milli komandasının baş məşqçisi Julen Lopeteqi tutduğu vəzifədən uzaqlaşdırılıb. 

Unikal.org xəbər verir ki, mundiala bir gün qalmış millinin daxilində vəziyyət gərginləşib və baş məşqçi istefaya göndərilib. Dünya çempionatına yığmanı Lopeteqi aparmayacaq.

Xatırladaq ki, İspaniya mundialda Portuqaliya, Mərakeş və İranla B qrupunda mübarizə aparacaq.