2018/2019 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt daha bir futbolçunun keçidini rəsmiləşdirib.

Unikal.org kluba istinadən xəbər verir ki, Ukraynanın "Şaxtyor klubunun üzvü Murad Xaçayevlə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Ukrayna klubunun əvəzedici komandasının formasını geyinən 20 yaşlı yarımmüdafiəçi Azərbaycanın U-21 millisinə də dəvət alır.