Azərbaycan prezidenti İlham Əliyev ailə üzvləri ilə birlikdə Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatının açılış mərasimində iştirak edib. 

Unikal.org-un verdiyi xəbərə görə, Azərbaycan prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak ediblər.
Qeyd edək ki, iyirmiyə yaxın ölkənin dövlət və hökumət başçılarının da qatıldığı açılış mərasimində Rusiya prezidenti Vladimir Putin və FİFA prezidenti Canni İnfantino çıxış ediblər.
Açılış şousunda isə britaniyalı müğənni Robbi Uilyams, rusiyalı dünyaca məşhur opera müğənnisi Aida Qarifullina və məşhur braziliyalı futbolçu Ronaldo Luis Naza Rio de Lima tamaşaçılar qarşısında çıxış ediblər.