ABŞ-ın Sakramento şəhərində şərti azadlığa çıxma şərtlərini pozmuş 30 yaşlı qaradərili məhbus həbsxanaya aparılarkənpolis maşınında ölüb.

Unikal.org xəbər verir ki, "Liveleakdə yayılan görüntü polis əməkdaşının uniformasında olan müşahidə kamerası ilə qeydə alınıb.

Polis şöbəsində şərti azadlıqda olan məhbus polis tərəfindən qandallanır və etirazlarına baxmayaraq polis furqonuna mindirilir. Kadrlardan onun halının pisləşdiyini və titrədiyini görmək olur.

Həbsxanaya çata-çatda məhbusun ürəyi partlayıb və ölüb. Bunun fərqinə varan polis əməkdaşları ona ilkin yardım göstərməyə çalışsalar da, onu həyata qaytara bilməyiblər.