"Neftçi PFK daha bir transferini həyata keçirib.

Unikal.org xəbər verir ki, xorvatiyalı futbolçu Slavko Braliçlə 1 il müddətinə müqavilə imzalanıb. 25 yaşlı mərkəz müdafiəçisi "ağ-qaralar"da 28 nömrəli formasını geyinəcək.

Sonuncu klubu "Şiroki Brieq (Bosniya və Herseqovina) olan Slavko Braliç Xorvatiyanın "Omladinas Vranyiç, "Solin və "Osiyek komandalarında çıxış edib.

Qeyd edək ki, "Neftçi bundan əvvəl cinah müdafiəçisi Tural Axundov, yarımmüdafiəçi Rəşad Eyubov və braziliyalı hücumçu Dario Frederikonun keçidini rəsmiləşdirmişdi.