Rusiyada futbol üzrə dünya çempionatı davam edir.

Unikal.org-un məlumatına görə, "B qrupunda İran yığması Mərakeşlə qarşılaşıb.

Günün ilk matçında olduğu kimi bu oyunun da taleyini bir qol həll edib. Mərakeşli müdafiəçi Aziz Buhadduz oyuna əlvə edilmiş 4-cü dəqiqədə avtoqolla komandasının məğlubiyyətinə səbəb olub.

Dünya çempionatı

Qrup mərhələsi, I tur

15 iyun

B qrupu

Mərakeş - İran - 0:1

Qol: Aziz Buhadduz, 90+4 (avtoqol)